18 
Apr
2021
17:51
35
410
8413
Virtual karabakh

Lənkəranda qadın bacısını bıçaqladı

18 Apr, 2021
17:51
8413

Lənkəranda qadın bacısını bıçaqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə şəhərin Füzuli küçəsi 43 ünvanında baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Vahidə Qəribəli qızı Şərifova sol bazunun yuxarı hissəsinin deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona zəruri tibbi yardım göstərilib.

Hadisənin ailə münaqişəsi zəminində bacılar arasında baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri