19 
Apr
2021
10:45
12
131
6589
Virtual karabakh

Kriminal avtoriteti qətlə yetirənlər apellyasiya şikayəti verdilər

19 Apr, 2021
10:45
6589

Kriminal avtoriteti qətlə yetirənlər apellyasiya şikayəti verdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kriminal avtoriteti qətlə yetirməkdə təqsirləndirilən Taleh Cəlalov, İmran Bəbirov, Vüsal Hüseynov və qardaşı Səxavət Hüseynovun barələrindəki hökmdən apellyasiya şikayəti verilib.

“Report” xəbər verir ki, şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrlik etdiyi cinayət kollegiyası araşdırır.

Qeyd edək ki, hadisə ötən il Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində, “Favorit” supermarketinin yanında qeydə alınıb. 43 yaşlı kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğluna məxsus “Mercedes” markalı avtomobilə atəş açılıb. M.Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib. Bir müddətdən sonra polis əməkdaşları qətli törətməkdə şübhəli bilinən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunu saxlayıblar.

İstintaqın gedişində S.Hüseynovun qardaşı V.Hüseynov və İ.Bəbirov da iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Vüsal Hüseynov və Taleh Cəlalov 18 il, Səxavət Hüseynov 17 il və İmran Bəbirov 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar qəsdən adam öldürmə, qanunsuz silah saxlama, xuliqanlıq və digər əməllərdə təqsirli biliniblər.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri