26 
Apr
2021
14:36
164
28
2583
Virtual karabakh

Bərdədə elektrik cərəyanı ilə balıq ovlayan şəxslər tutuldu - FOTO

26 Apr, 2021
14:36
2583

Bərdədə elektrik cərəyanı ilə balıq ovlayan şəxslər tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz üsulla balıq ovlayan şəxslərin oğurluq etdikləri də müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olan məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayonun Qarabağ su kanalının Qaraağacı kəndindən keçən hissəsindən elektrik cərəyanından istifadə edərək balıqların kütləvi məhvinə səbəb olan şəxslər saxlanılıb.

Araşdırmalarla onların Ağdam rayon sakinləri Sadiq Süleymanov və əvvəllər məhkum edilmiş Vüsal Məmmədov olduğu müəyyən edilib. Həmin şəxslərin ətrafında aparılan tədbirlərlə Qaraağacı kənd sakininə məxsus iribuynuzlu heyvan oğurladıqları da aşkar olunub.

Faktlarla bağlı Bərdə RPŞ-də istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri