27 
Apr
2021
11:24
24
209
4687
Virtual karabakh

Həbsxanaya göy soğanın içində narkotik keçirmək istədi - FOTO

27 Apr, 2021
11:24
4687

Həbsxanaya göy soğanın içində narkotik keçirmək istədi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Cəfərli Hüseyn Fazil oğluna qonşusu Bakı şəhər sakini Əlizadə Əli Bayraməli oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan göy soğanın içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilmiş 1 ədəd sellofan bükülüdə çəkisi 0,478 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri