27 
Apr
2021
13:36
243
20
6916
Virtual karabakh

Lənkəranda avtoxuliqanlıq edən sürücü saxlanılıb - FOTO

27 Apr, 2021
13:36
6916

Lənkəranda avtoxuliqanlıq edən sürücü saxlanılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran şəhər sakini V.Salmanzadə axşam saatlarında şəhər ərazisində idarə etdiyi “Chevrolet” markalı avtomobillə çoxavazlı səs siqnallarından və sayrışan işıqlardan istifadə etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edib. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin sürücü saxlanılaraq Lənkəran ŞRPŞ-yə gətirilib və barəsində tərtib olunmuş inzibati protokol aidiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. 

Rayon Məhkəməsinin qərarı ilə V.Salmanzadə nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri