28 
Apr
2021
11:30
137
15
3427
Virtual karabakh

Xızı sakinində narkotik maddə, silah və döyüş sursatları aşkarlandı - FOTO/VİDEO

28 Apr, 2021
11:30
3427

Xızı sakinində narkotik maddə, silah və döyüş sursatları aşkarlandı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xızı sakininin üzərindən narkotik maddə, evindən isə silah və döyüş sursatları aşkarlandı.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Giləzi qəsəbə sakini Mehrab Əlyarov saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan 0,107 qram çəkidə narkotik maddə olan heroin aşkarlanıb. 
Əməliyyat tədbirlərinin davamı olaraq M.Əlyarovun yaşadığı evə keçirilmiş axtarış zamanı isə oradan bir ədəd AKS markalı avtomat, 19 ədəd patron və iki ədəd sandıqca aşkar edilərək götürülüb. 

Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri