30 
Apr
2021
10:51
52
98
5607
Virtual karabakh

Bakıda amansızlıqla qətlə yetirdiyi qadını həyətində basdıran şəxs həbs edildi

30 Apr, 2021
10:51
5607

Bakıda amansızlıqla qətlə yetirdiyi qadını həyətində basdıran şəxs həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

17 yanvar 2021-ci il tarixində Bakı şəhəri Pirallahı rayon sakini Ramazanova Lalə Ələmdar qızının bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı Mövsümzadə Telman Gülağa oğlunun Lalə Ramazanovanın ona irad bildirməsinə əsəbləşərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla sonuncunun boğaz nahiyəsinə xəsarətlər yetirərək aşkar surətdə xüsusi ağrılar yetirdiyini və əzab verdiyini dərk edərək qəsdən öldürməsinə və  törətmiş olduğu cinayət əməlini gizlətmək məqsədilə meyitini yaşadığı evin həyətində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Telman Mövsümzadə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri