30 
Apr
2021
14:24
217
17
4467
Virtual karabakh

Gəncə sakinləri narkotiklə tutuldu - FOTO

30 Apr, 2021
14:24
4467

Gəncə sakinləri narkotiklə tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarında şəhər sakini Ceyhun Paşayevin qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əsaslı şübhələr yaranıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxs şübhəli qismində saxlanılaraq Polis İdarəsinə gətirilib. Şəxsi axtarış zamanı C.Paşayevin əlindəki sellofan torbadan 475 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

RPİ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri də uğurla nəticələnib. Belə ki, şəhər sakini, qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqda şübhəli bilinən Tofiq Abdullayev saxlanılıb. Şəxsi baxış zamanı onun üzərindən 460 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Maddi sübutlar ekspertizaya təqdim olunub. Saxlanılan şəxslərlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri