May
2021
12:00
5
145
3677
Virtual karabakh

Siyəzəndə kişi qohumu tərəfindən bıçaqla qətlə yetirildi

3 May, 2021
12:00
3677

Siyəzəndə kişi qohumu tərəfindən bıçaqla qətlə yetirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 2-də saat 11 radələrində Siyəzən rayonu, Zarat kəndində Hüseynov Hüseyn Zülfüqar oğlunun bıçaqlanması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Siyəzən rayon prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin qohumu Qabil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Hüseyn Hüseynova xəsarətlər yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qabil Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri