14 
May
2021
23:15
61
314
9187
Virtual karabakh

Masallıda keçmiş arvadını bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB + VİDEO

14 May, 2021
23:15
9187

Masallıda keçmiş arvadını bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı rayonunda keçmiş arvadını bıçaqlayan Öncəqala kənd sakini, 1984-cü il təvəllüdlü Kəmaləddin Adil oğlu Əzizov rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

APA xəbər verir ki, bıçaq xəsarəti alan Zəhra Əzizova boğaz nahiyəsindən əməliyyat olunub. Vəziyyəti stabildir, orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, tərəflər 1 ildir ki, boşanıblar. 3 övladlarından 2-si ata, 1-i isə ana ilə qalır.

21:05

Masallıda bıçaqlanma hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, hadisə Öncəqala kəndində baş verib.

Belə ki, 1994-cü il tarixli kənd sakini Zəhra Əsgər qızı Əzizova atasının evində keçmiş əri tərəfindən bıçaqlanıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Z.Əzizovaya çənəaltı, sol bazu və sağ əlin bilək nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozları qoyulub. Çoxlu qan itirən yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Əldə etdiyimiz məlumata görə, onlar boşansalar da, tərəflər arasında mübahisə davam edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri