16 
May
2021
20:42
20
365
9978
Virtual karabakh

Ağstafada evində öldürülən qadının qızılları oğurlanıb – TƏFƏRRÜAT/YENİLƏNİB+FOTO/VİDEO

16 May, 2021
20:42
9978

Ağstafada evində öldürülən qadının qızılları oğurlanıb – TƏFƏRRÜAT/YENİLƏNİB+FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafa rayonunun Köçəsgər kəndində 62 yaşlı qadının evində öldürülməsi ilə bağlı yeni detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qadının evindən qızıl-zinət əşyaları oğurlanıb.

Həmçinin qeyd edilib ki, qadın Köçəsgər kəndində tək yaşayırmış.

Belə ki, verilən ilkin məlumatlara görə, 62 yaşlı Hüseynova Çiçək Əli qızının əri tərəfindən öldürüldüyü bildirilsə də, dəqiqləşdirmələr zamanı onun tək yaşadığı evdə naməlum şəraitdə boğularaq qətlə yetirildiyi açıqlanıb.

Kənd sakinlərinin sözlərinə görə, qadın 32 ildir ailəli olsa da, övladı olmayıb.

Cinayəti törədən şəxsin axtarışları istiqamətində hüquq-mühafizə orqanları tərəfindən axtarışlar davam etdirilir.

20:20

Ağstafa rayonunda kişi arvadını öldürüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Köçəsgər kəndində baş verib.

Belə ki, kənd sakini 62 yaşlı Ç.Hüseynova həyat yoldaşı tərəfindən ailə məişət zəminində yaranan problem səbəbindən qətlə yetirilib.

İlkin məlumatlara görə, kişi qadını boğaraq öldürüb.

Faktla bağlı polisə məlumat verilib, araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri