29 
May
2021
00:25
12
218
2608
Virtual karabakh

Kürdəmirdə 45 yaşlı kişi keçmiş məhkum tərəfindən bıçaqlanıb

29 May, 2021
00:25
2608

Kürdəmirdə 45 yaşlı kişi keçmiş məhkum tərəfindən bıçaqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun A.M.Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, 45 yaşlı rayon sakini Cəfərov Famil Əlişiraz oğlu aralarında yaranan mübahisə zəminində rayon sakini, əvvəllər məhkum olunmuş Qurbanov Famil Zeynal oğlu tərəfindən 5 bıçaq xəsarəti alıb.

Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib.

Xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri