İyn
2021
12:51
165
6
3229
Virtual karabakh

Narkotiklə tutulan Lənkəran sakini oğurluqlara görə də cavab verə bilər - FOTO

5 İyn, 2021
12:51
3229

Narkotiklə tutulan Lənkəran sakini oğurluqlara görə də cavab verə bilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda narkotiklə tutulan keçmiş məhkumun oğurluq əməllərinin də üstü açılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədov saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən 2 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. 

Ətrafında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun Lənkəran rayonu ərazisindəki bir neçə obyekt və evdən oğurluq etməsinə şübhələr yaranıb. 

Belə ki, R.Məmmədov şirniyyat evlərindən birindən 6 ədəd televizor, bundan əlavə parfümeriya mağazasından, çay evindən və bir yaşayış evindən oğurluqlar etməsində şübhəli bilinib. Oğurlanan əşyaların bir qismi onun saxladığı yerlərdə aşkarlanaraq maddi sübut kimi götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri