İyn
2021
13:45
46
594
5770
Virtual karabakh

Rusiyada hüquq sisteminin çürüklüyü: Azərbaycanlını qətlə yetirən polis azadlıqda gəzir - ŞƏRH

5 İyn, 2021
13:45
5770

Rusiyada hüquq sisteminin çürüklüyü: Azərbaycanlını qətlə yetirən polis azadlıqda gəzir - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada hüquq-mühafizə sistemində ciddi problemlər olduğu azərbaycanlı Vəkil Abdullayevin qatilinin simasında üzə çıxdı.

Söhbət ondan gedir ki, Vəkil Abdullayevin qətlində ittiham olunan yol polisi müfəttişi Aleksandr Qusev həbs edilsə də, ötən gün azadlığa buraxılıb.

Halbuki həmin polisə qarşı Rusiya Cinayət Məcəlləsinin “Rəsmi səlahiyyətləri aşma” və “Laqeydliklə ağır bədən xəsarəti yetirmə” maddələri ilə cinayət işi açılmışdı.

Lakin həbs olunmuş polisə münasibətdə ilk hüquqdankənar humanist yanaşma onun haqqında cinayət təhqiqatının dayandırılması ilə başladı.

A.Qusevin Novosibirsk şəhərini tərk etməmək şərtilə azadlığa buraxılması isə növbəti ayrı-seçkilik və digər millətlərdən olanlara qarşı fobiya motivlərinin ortaya qoyulması idi.

Vəkil Abdullayev yol nəqliyyat hadisəsi törətdiyinə görə saxlanılmışdı, polisin ona atəş açmasına isə ehtiyac yox idi.

Bununla belə Rusiya guya polisi mühakimə edəcəyinə dair görüntü yaratsa da, sonrakı addımları ilə əsl məqsədini üzə çıxardı.  

Bu azmış kimi, “Russia Today” telekanalının əməkdaşı, Rusiya İctimai Palatasının üzvü, Vahid Rusiya partiyasından dövlət dumasına namizədliyini irəli sürmüş Mariya Butina kimiləri də qatil polisə dəstək verirlər.  

Bu yanaşma Rusiyada rasistlərin xalqın adından danışmaq səlahiyyəti əldə etməyə can atdığını göstərir.

Bu məsələyə Gürcüstan da etiraz səsini ucaltmalıdır. Çünki Vəkil Abdullayev Gürcüstan vətəndaşıdır. İndi sual olunur: Görəsən Tbilisi beynəlxalq təşkilatlarda vətəndaşına qarşı qətl törətmiş şəxsin azadlıqda gəzməsini beynəlxalq təşkilatlar qarşısında qaldıracaqmı?

Qeyd edək ki, bu ilin mayın 28-də Novosibirsk vilayətinin Moşkovski rayonundakı R-255 “Sibir” magistral yolunun 61-ci kilometrliyində axşam saatlarında yol polisi müfəttişi şəxsiyyətini müəyyənləşdirmək üçün şəxsi xidməti avtomobilə apararkən gənc müqavimət göstərib və səlahiyyətlərindən kənara çıxan polis məmuru 19 yaşındakı gəncə zor tətbiq edib.

Rusiya mediası yazır ki, polis xidməti tapançasını çıxararaq təsadüfən tətiyi çəkib və Vəkil Abdullayev başından güllə yarası alıb.

Zərərçəkənin mayın 30-da xəstəxanada öldüyü qeyd olunub.

Vəkil Abdullayev Gürcüstanın Dmanisi rayonunun Gəyliyən kəndində dəfn edilib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri