15 
İyn
2021
11:22
116
16
3140
Virtual karabakh

İsmayıllıda oğurluq və dələduzluq edən keçmiş məhkum saxlanılıb - FOTO

15 İyn, 2021
11:22
3140

İsmayıllıda oğurluq və dələduzluq edən keçmiş məhkum saxlanılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllının Eyyubbəyli kəndi ərazisində yerləşən fermer təsərrüfatlarının birindən qoyunların oğurlanması barədə rayon polis şöbəsinə (RPŞ) müraciət daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində beş baş qoyunu oğurlayan şəxsin əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Laçın rayon sakini Yasin Əhmədov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxs ifadəsində oğurladığı heyvanları Bakı şəhəri ərazisində satdığını bildirib. 

Aparılmış araşdırmalarla Y.Əhmədovun daha bir cinayət əməlinin üstü açılıb. Belə ki, onun Ağsu rayon sakini Lətif İbrahimova məxsus mobil telefonu dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.

Faktlarla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri