17 
İyn
2021
12:52
92
5
2562
Virtual karabakh

Yevlaxda qonşusunu güllələyən şəxsin işi məhkəmədə

17 İyn, 2021
12:52
2562

Yevlaxda qonşusunu güllələyən şəxsin işi məhkəmədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci il fevralın 21-də Yevlax rayonunun Qaraoğlan kənd sakini Xəyal Səfərovun üzərində odlu silah yarası olan meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Yevlax Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyənləşib ki, zərərçəkənin qonşusu Qorxmaz Həsənəliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xəyal Səfərova iki dəfə ov tüfəngi ilə atəş açmaqla onu qəsdən öldürüb.

Qorxmaz Həsənəliyev Cinayət Məcəlləsinin 120.1-ci (adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri