17 
İyn
2021
17:36
111
12
2547
Virtual karabakh

Bakıda tanışı öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərildi

17 İyn, 2021
17:36
2547

Bakıda tanışı öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci il fevralın 15-də paytaxtın Xətai rayonu ərazisində İsmayıl Xankərimova məxsus üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Xətai rayon prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Famil İsmayılov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı İsmayıl Xankərimovu mətbəx bıçağı ilə vuraraq qəsdən öldürüb.

Famil İsmayılov Cinayət Məcəlləsinin 120.1-ci (adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri