18 
İyn
2021
12:40
10
156
3521
Virtual karabakh

Ağdaşda kişi odlu silahla öldürüldü: Qətldə qardaşı şübhəli bilinir

18 İyn, 2021
12:40
3521

Ağdaşda kişi odlu silahla öldürüldü: Qətldə qardaşı şübhəli bilinir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 17-i saat 23 radələrində 1968-ci il təvəllüdlü Qələndar Aləşrəfovun Ağdaş rayonunun Abad kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Ağdaş rayon prokurorluğu məlumat yayıb. 

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin qardaşı, 1959-cu il təvəllüdlü Mustafa Aləşrəfovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qələndar Aləşrəfova odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mustafa Aləşrəfov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri