20 
İyn
2021
23:42
27
395
8314
Virtual karabakh

Sabirabadda 17 yaşlı qız məzun məclisində bıçaqlanıb

20 İyn, 2021
23:42
8314

Sabirabadda 17 yaşlı qız məzun məclisində bıçaqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabadda məzun olan qız bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 20:00 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində yerləşən restoranlardan birində rayonun 5 saylı orta məktəbinin məzunlarının təşkil etdiyi tədbirdə bıçaqlanma hadisəsi baş verib.

Məzunların iştirak etdiyi məclisə yaxınlaşan Sübhan adlı şəxs Sabirabad sakini 2004-cü il təvəllüdlü Nəsirzadə Nigar Anar qızını kürək nahiyəsindən bıçaqlayıb. Məzun qız Şirvan Şəhər Xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri