20 
İyn
2021
23:55
13
444
6766
Virtual karabakh

Ağsuda döyülərək ağır xəsarət alan yeniyetmə ölüb

20 İyn, 2021
23:55
6766

Ağsuda döyülərək ağır xəsarət alan yeniyetmə ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 15-də həmkəndlisi tərəfindən döyülən 14 yaşlı yeniyetmə vəfat edib.

“Report” xəbər verir ki, rayonun Qaraqaşlı kənd sakini, 2007-ci il təvəllüdlü Məmişov Nihad Vüqar oğlu bu gün xəstəxanada vəfat edib.

Qeyd edək ki, o, aralarında yaranan mübahisə zəminində həmkəndlisi tərəfindən döyülərək ağır xəsarətlər almışdı.

N.Məmişov əvvəlcə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilmişdi.

Yeniyetməyə xəsarət yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri