21 
İyn
2021
15:04
8
139
2359
Virtual karabakh

Şəmkirdə yol təmiri zamanı şirkət əməkdaşı xəsarət aldı

21 İyn, 2021
15:04
2359

Şəmkirdə yol təmiri zamanı şirkət əməkdaşı xəsarət aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 20-də saat 9 radələrində “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialında frez operatoru vəzifəsində işləyən Aqil Məmmədovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şəmkir rayon prokurorluğundan verilən məlumata görə, Aqil Məmmədov Bakı-Qazax avtomagistral yolunun Şəmkir rayonun Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində köhnə asfalt örtüyünün qaşıması işlərini apararkən ehtiyatsızlıqdan bədən xəsarəti alıb.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri