24 
İyn
2021
10:20
16
139
6137
Virtual karabakh

Lənkəranda güllələnərək öldürülən şəxslərin adları məlum oldu

24 İyn, 2021
10:20
6137

Lənkəranda güllələnərək öldürülən şəxslərin adları məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 23-ü saat 22 radələrində Lənkəran rayonu Havzava kənd sakinləri Elmar Fərəcov və Amil Mirzəzadənin ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lənkəran rayon prokurorluğunda aparılan ilkin araşdırmalarla zərərçəkmişlərin qohumu Seymur Şiriyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Elmar Fərəcov və Amil Mirzəzadəyə odlu silahdan atəş açmaqla onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri