İyl
2021
18:55
18
160
4771
Virtual karabakh

DİN-dən övladları narkotik saxladığına görə həbs edilən Ağstafa sakininin ittihamlarına REAKSİYA

5 İyl, 2021
18:55
4771

DİN-dən övladları narkotik saxladığına görə həbs edilən Ağstafa sakininin ittihamlarına REAKSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Ağstafa rayon Xətai kənd sakini Mətanət Yaqubovanın qanunsuz olaraq narkotik maddə əldə edib saxladığına görə həbs edilən övladı Elşad Yaqubovun və qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib saxladığına görə həbs edilən digər övladı – Rəşad Yaqubovun günahsız olması və Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları barədə səsləndirdiyi fikirlər qərəzlidir, həqiqətə uyğun deyil.

Bunu Oxu.Az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.

E.Qasımov qeyd edib ki, 2021-ci ilin fevral ayında Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayonun Xətai kənd sakini Elşad Yaqubov saxlanılaraq RPŞ-yə gətirilib:

“Onun üzərində şəxsi axtarış keçirilən zaman müxtəlif bükümlərdə ümumi çəkisi 9.554 qram narkotik maddə olan “metamfetamin” və  7.469 qram qurudulmuş “marixuana” aşkar edilərək götürülüb. Davam etdirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlmaqda şübhəli bilinən, sonuncunun qardaşı Rəşad Yaqubov gizləndiyi fərdi yaşayış evində aşkar edilərək RPŞ-yə gətirilmiş, üzərinə baxış keçirilən zaman 234.442 qram narkotik vasitə olan “heroin” və ümumi çəkisi 54.811 qram “metamfetamin” və “metadol” aşkar edilərək götürülüb.

Bundan başqa, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının 2020-ci ilin may ayında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Şamxal Aslanov və Saleh Allahverdiyev saxlanılaraq RPŞ-yə gətirilib. S. Allahveridyevin üzərinə baxış keçirilən zaman ona məxsus mobil telefonun arxa hissəsindən 0.364 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxslər narkotik maddəni 70 manata Ağstafa rayon Xətai kənd sakini Rəşad Yaqubovun vasitəçiliyi ilə sonuncunun qardaşı Elşad Yaqubovdan aldığını bildiriblər.

Bundan başqa, 2020-ci ilin aprel ayının 22-də  Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri Azər Hüseynov və Tofiq Yahyayev saxlanılaraq RPŞ-yə gətirilmiş üzərlərinə axtarış keçirilən zaman A. Hüseynovun üzərindən bir ədəd sellofan bükümdə çəkisi 0.349 qram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb. Dindirilmə zamanı saxlanılan şəxslər narkotik maddəni rayonun xətai kənd sakini Rəşad Yaqubovdan 40 manata aldıqlarını bildiriblər”.

“Ananın övladlarını xilas etmək istəyini haradasa başa düşmək olar, amma belə əsassız və fakta söykənməyən iddialar heç nəyi dəyişmir”, - deyə DİN rəsmisi bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri