İyl
2021
16:08
273
48
10416
Virtual karabakh

Azərbaycanda kişi tonlarla narkotiklə tutuldu - FOTO/VİDEO

8 İyl, 2021
16:08
10416

Azərbaycanda kişi tonlarla narkotiklə tutuldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat həyata keçirilib. 

Belə ki, Baş İdarəyə Xaçmaz rayonu Nabran qəsəbəsində külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal məlumat nəzarətə götürülüb. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri zəruri və təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində Nabran qəsəbəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Xaçmaz rayon sakini Cavat Cavatov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı Cavat Cavatov tərəfindən kultivasiya edilən yaş kütləsi 7 765 kiloqram olan ümumilikdə 5 175 ədəd çətənə kolu və 48 kiloqram 220 qram narkotik vasitə olan marixuana aşkar edilib. 

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində əkdiyini və xüsusi qulluq etdiyini bildirib. 

Aşkar olunan faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxs tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri