İyl
2021
09:56
123
22
3618
Virtual karabakh

Bakıda arvadını öldürərək intihara cəhd edən kişiyə cinayət işi açıldı

9 İyl, 2021
09:56
3618

Bakıda arvadını öldürərək intihara cəhd edən kişiyə cinayət işi açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 8-i saat 17 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1986-cı il təvəllüdlü Elnarə Musayevanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər rayon prokurorluğunda aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri, 1980-ci il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranan mübahisə zamanı Elnarə Musayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib.

Yadigar Cəfərov 3 saylı Klinik Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri