12 
İyl
2021
14:20
5
203
5288
Virtual karabakh

Abşeronda kişini qətlə yetirib, evini yandırdılar

12 İyl, 2021
14:20
5288

Abşeronda kişini qətlə yetirib, evini yandırdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron sakini qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 9-da saat 23 radələrində Abşeron rayonu Qobu qəsəbəsində Ülfət Höccətovun yaşadığı evdə yanğın baş verib.

Nəticədə 100 kvadratmetr sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra Ü. Höccətovun yanmış meyiti tapılıb.

Araşdırmalarla Ü. Höccətovun bıçaqla qətlə yetirilməsi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri