13 
İyl
2021
14:14
349
73
11940
Virtual karabakh

Bakıdakı dəhşətli qətlin təfərrüatı: Anasını təhqir edən şəxsi yas mərasimində öldürdü - YENİLƏNİB

13 İyl, 2021
14:14
11940

Bakıdakı dəhşətli qətlin təfərrüatı: Anasını təhqir edən şəxsi yas mərasimində öldürdü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 12-də Bakının Binəqədi rayonunda yeniyetmənin törətdiyi qətl hadisəsinin təfərrüatı məlum olub.

“Report”un çəkiliş qrupu hadisə baş verən ərazidə olub.

Hadisə 16 yaşlı Bəhruz Mehrəliyevin əmisinin vəfatının ildönümü münasibətilə keçirilən yas mərasimi zamanı baş verib.

Belə ki, həmin gün B.Mehrəliyevin ötən il koronavirusdan dünyasını dəyişən əmisi Bəhrəm Mehrəliyevin il mərasimi keçirilib. Elnar Qədimov da mərasimdə iştirak edib. Qətl hadisəsi saat 21 radələrində baş verib.

Qonşuları bildirib ki, Mehrəliyevlər ailəsi 10 ildən artıqdır burada yaşayırlar. Onların sözlərinə görə, qətlə yetirilən E.Qədimov bir müddət Bəhruzgilin evində usta işləyib.

B.Mehrəliyevi tərbiyəli bir oğlan kimi tanıdıqlarını bildirən qonşuları deyib ki, onlar ailədə iki bacı və bir qardaşdırlar:

“Bəhruzun anası da çox sakit, mülayim qadındır. İşləyir deyə qonşuları onu yaxından tanımır. Bəhruzun iki balaca bacısı var. Atası da sağdır. Əslən gürcüstanlıdırlar”.

Qeyd edək ki, iyulun 12-də Binəqədi rayonunda 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyev ilə tanışı, 1990-cı il təvəllüdlü Elnar Qədimov arasında mübahisə düşüb. Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib və yeniyetmə üzərində gəzdirdiyi bıçaqla Elnar Qədimova xəsarət yetirib.

Hadisə nəticəsində Elnar Qədimov yerindəcə ölüb.

İddia edilir ki, mübahisəyə səbəb Elnar Qədimovun yeniyetmənin anasının ünvanına nalayiq ifadə işlətməsi olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.

10:05

İyulun 12-də paytaxtın Binəqədi rayon sakini 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanılıb.

Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı, 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.

09:40

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 1-ci mədən 9-cu korpus ərazisində baş verib.

1990-cı il təvəllüdlü Elnar Məmmədov 16 yaşlı yeniyetmə ilə əlbəyaxa dava edib. Bu zaman yeniyetmə bıçaqla E.Məmmədovun boğazından vurub. Sonuncu hadisə yerində ölüb.

Məlumata görə, mübahisəyə səbəb E.Məmmədovun yeniyetmənin anasının ünvanına nalayiq ifadə işlətməsi olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri