15 
İyl
2021
12:04
119
14
6435
Virtual karabakh

Arvadını öldürdüyünü düşünüb, təslim oldu - VİDEO

15 İyl, 2021
12:04
6435

Arvadını öldürdüyünü düşünüb, təslim oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci il sentyabrın 7-də Daxili İşlər Nazirliyinin 102 xidmətinə Sabunçu rayonunun Maştağa qəsəbəsində Fərqanə Abbasovanın həyat yoldaşı tərəfindən bıçaqlanması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan 14-cü Polis Bölməsinin əməkdaşlarına məlum olub ki, yaralanan qadın xəstəxanaya yerləşdirilib. Həmin ərəfədə cinayəti törədən Abbas Abbasov könüllü Sabunçu Rayon Polis İdarəsinə (RPİ) gələrək təslim olub.

Hadisənin baş verdiyi Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 137-yə baxış zamanı dəhlizdə və yataq otağında qan ləklərinin olması müəyyən edilib. Evin eyvanında dəstəyi qara rəngli, üzərində xırda qan ləkələri olan bıçaq aşkar edilib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Fərqanə Abbasovanın bədən səthində beş ədəd kəsilmiş-deşilmiş yara izi aşkar edilib. 

İstintaqla müəyyən edilib ki, Abbas Abbasov 2005-ci il ildən rəsmi nikahda olduğu həyat yoldaşı Fərqanə Abbasova ilə İmişli rayonunda birgə yaşadıqları müddətdə mütəmadi spirtli içki qəbul edib, sərxoş vəziyyətdə evə gələrək heç bir əsas olmadan qısqanclıq zəminində onunla mübahisə edib.

2019-cu ilin oktyabr ayında müalicə olunduğu İran İslam Respublikasından geri qayıtdıqdan sonra qadın Maştağa qəsəbəsində yerləşən ata evinə köçüb. Abbas münasibətlərinin yenidən bərpa olunmasına və barışmalarına təkidlə cəhd etsə də, Fərqanə onunla yaşamaqdan imtina edərək, boşanmaq istəyib. Arvadını qısqanclıq niyyəti ilə öldürmək qərarına gələn Abbasov qayınatasının evinə gəlib və bacısı Vəfa Abbasovanın gözləri qarşısında ona xəsarətlər yetirib. Arvadının almış olduğu xəsarətlərdən hərəkətsiz vəziyyətdə qaldığını görərək, öldüyünü zənn edib və hadisə yerindən qaçıb. Daha sonra Sabunçu RPİ-nə gedərək könüllü təslim olub.

Fərqanə Abbasova ailə üzvləri tərəfindən vaxtında xəstəxanaya çatdırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abbas Abbasov 12 il müddətinə azadlıqdan məhrum olunub.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri