23 
İyl
2021
09:40
25
153
6611
Virtual karabakh

Bakıda kişi qadın tanışını qətlə yetirdi: Özü isə intihar etdi

23 İyl, 2021
09:40
6611

Bakıda kişi qadın tanışını qətlə yetirdi: Özü isə intihar etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 23-ü saat 1 radələrində Xəzər rayonu, Binə qəsəbə sakini 1976-cı il təvəllüdlü Lyudmila Tatarçenkonun yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 1961-ci il təvəllüdlü Zərbəli Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Lyudmila Tatarçenkoya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürdükdən sonra həmin evdə özünü asaraq intihar edib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri