25 
İyl
2021
17:24
57
331
15347
Virtual karabakh

Müğənninin hoteldə qətli kimi qələmə verilən video “feyk” çıxdı - DİN

25 İyl, 2021
17:24
15347

Müğənninin hoteldə qətli kimi qələmə verilən video “feyk” çıxdı - DİN

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi (DİN) müğənni Aygün Mirzəyevanın otel otağında qətli ilə əlaqələndirilən və bir neçə gündür sosial şəbəkədə müzakirə olunan videonu araşdırıb. 

Bunu Oxu.Az-a DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov bildirib.

Məlum olub ki, video xaricdə çəkilib:

“Hadisə Amerika Birləşmiş Ştatlarının Florida ştatında baş verib. Belə ki, Florida ştatında bir kişinin arvadı kimi təsvir olunan qadını və sevgilisini öldürdüyünü iddia edən video onlayn yayılır. Video ilk dəfə cümə günü Twitter platformasında paylaşılıb  və sürətlə dünya mediasında yayılıb. Video artıq 10 milyondan çox insan tərəfindən onlayn izlənilib və bir müddət sosial media platformasında ən çox baxılan video olub”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri