31 
İyl
2021
01:22
134
206
5128
Virtual karabakh

İmişlidə polis əməkdaşı bıçaqlanıb

31 İyl, 2021
01:22
5128

İmişlidə polis əməkdaşı bıçaqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişli rayonunda polis əməkdaşı bıçaqlanıb.

APA xəbər verir ki, hadisə İmişli və Biləsuvar rayonlarının sərhədində yetləşən məcburi köçkün düşərgəsində baş verib.

Cəbrayıl rayonunun Mərcanlı kənd sakini, 1987-ci il təvəllüdlü Qurbanov Qurban Əbülfət oğlu qəsəbə sakini tərəfindən bıçaqlanıb. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı olan polis serjantı Q.Qurbanov boğazından, qarın və bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alaraq, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri