Avq
2021
17:16
119
7
2159
Virtual karabakh

Sabirabadda tanışını öldürməyə cəhd edən şəxslər məhkəmə qarşısına çıxarılacaq

4 Avq, 2021
17:16
2159

Sabirabadda tanışını öldürməyə cəhd edən şəxslər məhkəmə qarşısına çıxarılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

16.07.2020-ci il tarixdə Sabirabad rayonu, Türkədi kənd sakini 1982-ci il təvəllüdlü Fuad Məmmədovun qəsdən öldürməyə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Sabirabad rayon prokurorluğundan verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışları Mircavid Mövsümov və Seyidəli Mövsümovun avtomobillə hərəkətdə olan zaman Fuad Məmmədova məxsus avtomobili qəsdən vurmaqla qarşısını kəsmələrinə, bundan sonra ona balta və metal boru ilə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Mircavid Mövsümov və Seyidəli Mövsümova Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qabaqcadan əlbir olan bir qrup şəxs  tərəfindən adam öldürməyə cəhd) və 186.2.2 (əmlakı qəsdən məhv etmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri