Avq
2021
13:32
45
98
2916
Virtual karabakh

Keçmiş məhkum cəzaçəkmə müəssisəsindəki yoldaşına heroin göndərərkən ifşa olunub - FOTO

5 Avq, 2021
13:32
2916

Keçmiş məhkum cəzaçəkmə müəssisəsindəki yoldaşına heroin göndərərkən ifşa olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

15 il müddətinə azadlıqdan məhrum edilmiş Kamran Rüstəmova göndərilən sovqatda heroin aşkar edilməsi barədə Şəki Penitensiar Müəssisəsindən Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən narkotik vasitəni göndərən şəxsin ifşa edilməsi və mənbənin müəyyən olunması məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilib. 

Keçirilən tədbirlər nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər oğurluğa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş Rövşən Quliyev şübhəli şəxs qismində saxlanılıb. 

Araşdırma zamanı saxlanılan şəxsin Kamran Rüstəmovu cəzaçəkmə müəssisəsindən tanıdığı məlum olub.

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri