18 
Avq
2021
12:12
316
22
1948
Virtual karabakh

Şabran sakinindən “patı” tapıldı - FOTO

18 Avq, 2021
12:12
1948

Şabran sakinindən “patı” tapıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Şabran rayon sakinindən narkotik maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin maddəsini üzərində gəzdirməkdə şübhəli bilinən Asim Mircəfərov saxlanılıb.

Saxlanılarkən həmin şəxsin üzərinə baxış keçirilən zaman psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri