Sen
2021
09:48
11
232
2807
Virtual karabakh

Qubada döyülən kişi xəstəxanada öldü

9 Sen, 2021
09:48
2807

Qubada döyülən kişi xəstəxanada öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 30-da Quba rayonu, Gültəpə kənd sakini, 1966-cı il təvəllüdlü Zeydulla Əzizovun almış olduğu xəsarətlər nəticəsində Qusar Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Quba Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, 23.08.2021-ci il tarixdə saat 01:00 radələrində Gültəpə kəndi ərazisində 1993-cü il təvəllüdlü Şöhrət Mursəliyevlə tanışı Zeydulla Əzizov arasında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə xəsarətlər yetirib, nəticədə Z.Əzizov avqustun 30-da almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şöhrət Mursəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri