Sen
2021
14:20
43
219
4181
Virtual karabakh

Bakıda iki qardaş 30 min manatlıq oğurluq etdi - FOTO/VİDEO

9 Sen, 2021
14:20
4181

Bakıda iki qardaş 30 min manatlıq oğurluq etdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi rayonunda paytaxt sakini olan bir nəfərin torpaq sahəsindən oğurluq edilib.  

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, naməlum şəxslər oradan dəyəri 30 min manat olan metal konstruksiyaları oğurlayaraq hadisə yerindən yayınıblar. 

Zərərçəkən şəxs ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinə (PB) məlumat verəndən dərhal sonra hadisəni tərədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri Zamin Fərəcov və qardaşı Cəbrayıl saxlanılıblar. Onlar ifadələrində törətdikləri cinayəti etiraf ediblər. 

Saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri