10 
Sen
2021
17:32
170
21
4199
Virtual karabakh

Qubada törədilən cinayətin üstü açıldı

10 Sen, 2021
17:32
4199

Qubada törədilən cinayətin üstü açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində ağır cinayətin üstünün açılması təmin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin cinayəti törətməkdə şübhəli bilinən Şöhrət Mürsəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Avqustun 23-də Quba rayon sakini  Zeydulla Əzizov müxtəlif xəsarətlərlə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Avqustun 30-da isə həkimlərin səylərinə baxmayaraq, vəfat edib.

Aparılan tədbirlərlə Z.Mustafayevlə aralarında yaranan münaqişə zəminində ona çoxsaylı bədən xəsarətləri yetirən Ş.Mürsəliyev saxlanılıb.

Hazırda cinayət işi üzrə istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri