15 
Sen
2021
16:06
47
134
8315
Virtual karabakh

Prodüser Fərqanəni təhqir edib, əri “Nikolay qızıl”larını oğurlayıb... - İSTİNTAQ MATERİALLARI

15 Sen, 2021
16:06
8315

Prodüser Fərqanəni təhqir edib, əri “Nikolay qızıl”larını oğurlayıb... - İSTİNTAQ MATERİALLARI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlamovun soyğunçuluq əməlləri ilə bağlı aparılmış istintaq materiallarının detalları məlum olub.

Oxu.Az-ın əldə etdiyi istintaq materiallarına əsasən, təqsirləndirilən şəxs insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq edib.

O, təkrarən özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vuraraq oğurluq edib.

Belə ki, o, 2020-ci ilin oktyabrın 9-da müğənnilik fəaliyyəti ilə məşğul olan arvadı Fərqanə Qasımovanın prodüseri ilə arasında yaranan mübahisəni “son variant”ı tətbiq etməklə həllinə girişib. O, Fərqanə Qasımovanın prodüseri ilə davaya çıxıb və onu vurub yerə yıxıb.

Bundan sonra prodüserə məxsus masanın siyirməsindən 1800 manat pul, 150 manat dəyərində saz musiqi alətini, bir cüt 40 manat dəyərində olan qulaqlığı və sair texniki vasitələri götürərək ümumilikdə 2200 manat dəyərində soyğunçuluq edib.

Fərqanə Qasımovanın prodüseri arasında yaranan mübahisəyə gəlincə, bunu da aydın izah etməyə çalışaq.

Məhkəmə istintaqına əsasən, Fərqanə Qasımova “Youtube”, “Apple music”, “Spotify”, “Facebook” və sair sosial şəbəkələrdə aranjmançı kimi çalışan Rəşadət Fərzəliyevi özünə prodüser götürüb.

Həmin müddətdə öz adına açılmış “Youtube” kanalının şifrəsi onun prodüserində olub.

Lakin sonralar Rəşadət Fərzəliyev yersiz hərəkətlər etdiyi üçün Fərqanə onunla işləməmək qərarına gəlir.

Rəşadətdən “Youtube” kanalının şifrəsini istəyir. Rəşadət isə onu verməkdən imtina edir. Bundan sonra Rəşadət Fərqanə xanıma mesajlar yazaraq onu təhqir və narahat etməyə başlayır.

Rəşadət həmçinin Fərqanə Qasımovadan işindən ayrılmayacağını bildirərək birgə işləmək üçün müxtəlif bəhanələr gətirir. Lakin Fərqanə bu barədə ərinə heç nə bildirmir.

Fərqanə Qasımova 2020-ci ilin oktyabr ayının əvvəllərində pandemiya ilə əlaqədar əri ilə birlikdə Şamaxıda yaşayırlar. Evdə olarkən Fərqanə Qasımovaya məxsus “İpad”ə mesaj gəlir, ər mesaja baxanda tanımadığı nömrədən yoldaşına təhqiredici sözlər yazıldığını görür.

O, Fərqanədən həmin mesajın kim tərəfindən yazıldığını soruşduqda həyat yoldaşı vəziyyəti izah edir.

Fərqanə həm də Rəşadətin ona məxsus olan “Youtube” kanalının şifrəsini və hard diskləri vermədiyini deyib onları Rəşadətdən götürməyini ondan xahiş edir.

Elnur Rəşadəti tapır, onunla danışır, onda olanları geri istəyir. Həm də deyir ki, orda-burda yalandan Alim Qasımovun guya ona pul borclu olduğunu danışmasın. Rəşadət bir müddət vaxt qazanır, yalandan deyir ki, “Youtube” şifrəsini də, hard diskləri də geri verəcək. Bununla belə, Fərqanə Qasımovanın ona 2000 manata yaxın borclu olduğunu da bildirir.

Rəşadət bundan sonra da Fərqanə Qasımovaya təhqiramiz mesajlar yazır. Buna görə də, sonuncu görüşlərində Elnur Mövlamov prodüseri döyür və onu talayır, hətta cibindəki 50 manatı da götürür. Elnur Mövlamovu isə sadə desək, Rauf və Qədir (bu şəxs qaynıdır) müşayiət edibmiş. Döyüləndən sonra prodüser “Youtube” şifrəsini də tələb əsasında Elnura verir.

Onlar götürdükləri pulun bir hissəsini cırırlar, qalanlarını isə el dili ilə desək cib xərcliyi üçün saxlayırlar.

İstintaq sənədlərinə görə, Elnur Mövlamov üstündən bir ildən çox vaxt keçdikdən sonra - 2021-ci ilin martın 26-da və aprelin 3-də qayınatasına məxsus evin qapısını götürdüyü açarla açaraq oğurluq edib.

Qohumlarının evindən oğurluq etmək fikri onun ağlına 2020-ci ilin fevral ayında gəlib. Belə ki, böyük qızı üçün evdə nişan keçirən vaxt qayınatasının mənzilinə girdikdə mənzilin dəhlizdə olan açarı götürüb və bu barədə heç kimə bir söz deməyib. Qayınatasıgil Şamaxı rayonuna köçdüklərindən çox vaxt həmin ünvanda qalmayıb.

O, mənzilin yataq otağında olan dolabın siyirməsindən 500 manat pulu, həmin otaqda qoyulmuş trimonun üzərindən 50 manat dəyərində 925 əyarlı gümüşdən hazırlanmış üzərində tünd yaşıl rəngli, rəngsiz, şəffaf qaşlar olan 1 cüt sırğanı, 1 ədəd 158 manat 40 qəpik dəyərində 1,98 qram çəkidə 583/585 əyarlı qızıldan hazırlanmış üzərində rəngsiz, şəffaf qaşlar olan kişi üzüyünü, mənzilin mətbəxində olan mətbəx mebelinin üzərindən 100 manat pulu, daha sonra mənzilin yataq otağında qoyulmuş dolabın siyirməsindən mənzilin digər otağında saxlanılan seyfin açarını götürüb.

Elnur qayınatasının evindən el arasında “Nikolay qızılı” kimi tanınan qızıl sikkələri də oğurlayıb. 

Daha sonra həmin otağın giriş qapısının şüşəsini əli ilə fiziki güc tətbiq edib sındıraraq qapının içəri tərəfdən kilidini əli ilə açıb.  Orada olan qiymətli əşyaları da oğurlayıb.

Elnur Mövlamov qohumlarının evindən ümumilikdə 72148 manatlıq oğurluq edib.

İstintaq materiallarına əsasən, Elnur Mövlamov 2004-cü ildən müxtəlif narkotik vasitələrdən istifadə edib.

Lakin o, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmayıb.

Hepatit C xəstəsi olduğuna görə müalicə almaq üçün pula ehtiyacı olub. Buna görə də o, qohumlarına məxsus ünvandan pul oğurlamaq qərarına gəlib.

İstintaq materiallarına əsasən, həmin ünvandan oğurluq etməyinin səbəbi qayınanası ilə küsülü olması, qayınanasının 2008-ci ildə bir dəfə onu tutdurması və onu ailəsindən ayırmaq istəməsi olub.

Qeyd edək ki, Elnur Mövlamov Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci ilin 7 sentyabr tarixli hökmü ilə oğurluq və soyğunçuluqda ittiham edilərək 9 il müddətinə azadlıqdan məhrum olunub.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri