15 
Sen
2021
16:22
95
20
1900
Virtual karabakh

Gəncədə xəsarətlə nəticələnən partlayışla bağlı cinayət işi açılıb

15 Sen, 2021
16:22
1900

Gəncədə xəsarətlə nəticələnən partlayışla bağlı cinayət işi açılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 2-də Gəncə şəhər sakini Akif Eyvazovun işlədiyi yerdə xəsarət alması faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılıb.

Gəncə Şəhər Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, Akif Eyvazov qaynaqçı işlədiyi Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “SemSan” şirkətinin əlvan metallar sexində qaz-oksigen kəsicisi ilə metal balonun sobada əridilməsi prosesi zamanı əmək mühafizəsi qaydalarının pozulması səbəbindən metal balonunun partlaması nəticəsində həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən “sağ bud nahiyəsinin aşağı 1/3 hissəsindən travmatik amputasiyası” xəsarəti alıb.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə təqsirli şəxs və ya şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri