15 
Sen
2021
17:04
92
11
2221
Virtual karabakh

Market administratorunun cinayət işi məhkəməyə göndərildi

15 Sen, 2021
17:04
2221

Market administratorunun cinayət işi məhkəməyə göndərildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Market administratoru Nicat Dadaşovun qanunsuz əməlləri ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Yasamal Rayon Prokurorluğunda aparılan ibtidai istintaqla “OBA Market” MMC-nin Alatava-1 filialının administratoru Nicat Dadaşovun 2019-cu ilin dekabrın 2-dən 2020-ci ilin mayın 28-dək olan müddət ərzində qeyd olunan vəzifədə işləyərkən həmin müəssisənin büdcəsindən ümumilikdə 9 min 519 manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan sübutlar əsasında Nicat Dadaşova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq  mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İş üzrə vurulan ziyanın 3 min 900 manat hissəsi ibtidai istintaq dövründə ödənilmiş, qalan məbləğin də ödənilməsinə dair tərəflər arasında müqavilə bağlanılıb.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri