16 
Sen
2021
16:29
118
13
2183
Virtual karabakh

Mingəçevirdə iş yoldaşını bıçaqla qətlə yetirən şəxs həbs edildi

16 Sen, 2021
16:29
2183

Mingəçevirdə iş yoldaşını bıçaqla qətlə yetirən şəxs həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci il iyulun 04-də Mingəçevir şəhər sakini 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevin bıçaqla vurularaq çoxsaylı bədən xəsarətləri ilə Mingəçevir şəhər mərkəzi xəstəxanasına daxil olması və aldığı bədən xəsarətlərindən ölməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bu barədə Mingəçevir Şəhər Prokurorluğu məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı Kənan Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı turistik bıçaqla Məhəmməd Alıyevin bədəninin müxtəlif nahiyələrinə 6 xəsarət yetirərək öldürüb.

Kənan Osmanov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri