18 
Sen
2021
11:24
19
251
4126
Virtual karabakh

İmişlidə 33 yaşlı kişi qətlə yetirilib - YENİLƏNİB

18 Sen, 2021
11:24
4126

İmişlidə 33 yaşlı kişi qətlə yetirilib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 18-də rayonun Çaxırlı kənd sakini Cabir Vəliyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İmişli Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin dayısı oğlu Azad Mürsəlovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Cabir Vəliyevi evin həyətyanı sahəsində qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Azad Mürsəlov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

09:15

İmişlidə qətl hadisəsi törədilib.

“Report”un məlumatına görə, hadisə Çahar kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Vəliyev Cabir Nadir oğlu həmkəndlisi tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Onun meyit müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına göndərilib.

Hadisənin başvermə səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri