18 
Sen
2021
15:36
481
45
11170
Virtual karabakh

Azərbaycanda iki polis narkotikə görə həbs edilib? - AÇIQLAMA

18 Sen, 2021
15:36
11170

Azərbaycanda iki polis narkotikə görə həbs edilib? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi xəbər saytlarında Quba rayon ərazisində narkotik maddə plantasiyası zamanı saxlanılan iki polis əməkdaşının saxlanıldığı iddia edilib. 

Bildirilib ki, narkotik maddələri əkib becərən Quba Rayon Polis Şöbəsinin əməkdaşları - Sadiq Pənahov və Samir Abdulmanafov həbs ediliblər.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar düzgün deyil:

“Bəzi xəbər saytlarında Qubada narkotiklərlə mübarizə tədbirləri ilə əlaqədar keçirilən əməliyyat tədbiri zamanı iki nəfər polis əməkdaşının həbs edilməsi barədə yayılan məlumatlar əsassızdır və  həqiqəti əks etdirmir.

Qeyd edim ki, həmin yazıda adı çəkilən şəxslər bir müddət əvvəl öz istəklərinə əsasən daxili işlər orqanlarından  tərxis olunublar”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri