21 
Sen
2021
12:38
52
401
8060
Virtual karabakh

Azərbaycanda kişi arvadını döyərək öldürdü - YENİLƏNİB

21 Sen, 2021
12:38
8060

Azərbaycanda kişi arvadını döyərək öldürdü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 21-də Oğuz rayonu Böyük Söyüdlü kəndi ərazisində 1957-ci il təvəllüdlü Gülgəz Muştaqovanın almış olduğu xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bununla bağlı Oğuz Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri, 1958-ci təvəllüdlü Vaqif Muştaqov şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Gülgəz Muştaqovanın bədəninin müxtəlif nahiyələrinə yumruqla xəsarətlər yetirib, nəticədə Gülgəz Muştaqova almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Vaqif Muştaqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

09:16

Oğuz rayonunda kişi arvadını döyərək öldürüb. 

Oxu.Az-ın məlumatına görə, 1957-ci il təvəllüdlü Gülgəz Mustaqovanın əri Vaqif Mustaqovla arasında mübahisə yaranıb. 

Daha sonra mübahisə davaya çevrilib və V.Mustaqov arvadını döyüb. 

Xəsarət alan qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Polis və prokurorluq əməkdaşlarının keçirdikləri tədbir nəticəsində V.Mustaqov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri