23 
Sen
2021
13:48
208
21
3149
Virtual karabakh

Xızıda əməliyyat: 6 nəfər saxlanıldı - FOTO

23 Sen, 2021
13:48
3149

Xızıda əməliyyat: 6 nəfər saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılması, satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, RPŞ əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Samir Qayıbov, İmran Bağırov, Müslüm Əhmədov, Rəşad Quliyev, Orxan Ələkbərov və Əsgərəli Rzayev saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman xeyli miqdarda heroin, marixuana və s. aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri