25 
Sen
2021
13:21
429
203
20412
Virtual karabakh

Bakıda qətl: “Instagram” parolunu vermədiyinə görə arvadını öldürdü – MƏHKƏMƏ İŞİ

25 Sen, 2021
13:21
20412

Bakıda qətl: “Instagram” parolunu vermədiyinə görə arvadını öldürdü – MƏHKƏMƏ İŞİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Emin və Firuzə (adlar şərtidir) 2009-cu ildə ailə həyatı qurublar.

Onların bu nikahdan iki övladları dünyaya gəlib. Firuzə həm də Eminin anasının xalası nəvəsidir, yəqin qohum olduqlarına görə qızı bəyənib ailələrinin bir üzvü ediblər.

Onlar Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayıblar, eyni həyətdəki digər evdə Eminin atası və anası da yaşayıb.

Bir neçə il – 2020-ci ilin yay ayına qədər ailədəki münasibətlərdə gündəlik qayğılar, ailə ehtiyacları prioritetdir.

Ancaq 2020-ci ilin yayı ailədə isti münasibətlərin hərarətini artırmır, əksinə, bu tarixdən etibarən münasibətlərdə soyuqluq yaranır. Sonluq isə qanla bitir, Emin Firuzəni həyatdan məhrum edir...

Hadisə necə olmuşdu?

Oxu.Az məhkəmə istintaqının materiallarına əsasən, qətlə səbəb olan motivləri oxucuların diqqətinə çatdırır.

2020-ci ilin yay aylarında Emin həyat yoldaşının “Instagram” sosial şəbəkəsində başqa kişilərlə yazışdığından şübhələnir, lakin əlində fakt olmadığı üçün məsələni çox da qabartmır.

Bir neçə gün keçir, Eminin beynini şübhələr dağıdır, artıq o, Firuzəyə güvənmir. Gecə saatlarında Firuzədən şübhələnir, yataq otağına keçib telefonu onun əlindən alır.

Həmin vaxt Firuzə “Instagram”dan çıxa bilmədiyi üçün ekranda “Həsən” adlı profili və həmin oğlanla ikisinin birlikdə şəkillərini görür. Qadın ərinə guya şəkilləri montaj etdiyini, həmin oğlanı tanımadığını, həmçinin “Instagram”da qrup açdıqlarını, orada hamının danışdığını deyir.

Lakin ər hirslənir, əsəbini arvadını döyməklə çıxır.

Ər-arvad arasındakı münasibətlər gərginləşir. Emin 2021-ci ilin 30 yanvarında gecə saatlarında Firuzənin əlində yenidən telefonu alır.  

Telefona baxdıqdan sonra arvadının “Instagram” sosial şəbəkəsində “Qaqaş Seyfəlov” adlı şəxslə yazışdığını görür və Firuzəni döyür.

Daha sonra anası və qayınanasını çağırıb vəziyyəti izah edir. Bu zaman Firuzənin anası qızını döymək istəyir, lakin Emin buna imkan vermir. Sakitlik üçün razılıq əldə olunur, lakin bu, çox qısamüddətli nisbi sakitlik idi.

2021-ci ilin fevralın 1-də saat 18 radələrində Emin evə gəlib yoldaşından “Instagram” parolunu soruşur.

Firuzə isə parolu demir, aralarında mübahisə yaranır. Ər bu dəfə arvadını öldürməyi qərara alır. Döyür, sonra cinayətkar niyyətini tamamlamaq üçün mətbəxdən götürdüyü bıçaqla Firuzəyə yeddi bıçaq zərbəsi endirir.

Övladları isə səs-küyü eşitmirlər, çünki onlar Eminin atasının evində hər şeydən xəbərsiz idilər.

Emin vəziyyət barədə atasına danışır, arvadını öldürmə səbəbini deyir. Anası da gəlir, qərara alırlar ki, məsələ barədə Firuzənin anasını da məlumatlandırsınlar. Ancaq birdən-birə, qəfil yox, buna görə də, zəng edib Firuzənin anasını evə çağırırlar.

Firuzənin anası gəlir, Eminin qonaq otağında yerdə uzanıb əllərini başının altına qoyaraq tavana baxdığını görür.

Ondan nə üçün yerdə uzandığını, özünü necə hiss etdiyini soruşanda arxadan kimsə ona “sən hələ həyətdəkinə bax, bundan beş betəri həyətdədir” deyir. Ana həyətə baxanda qızının meyitini görür...

Emin istintaqa ifadəsində hadisədən peşman olduğunu desə də, bu, onun cəzasının yüngülləşməsinə əsas vermir.

Emin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 22 sentyabr tarixli hökmü ilə 10 il altı ay müddətinə azadlıqdan məhrum edilib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri