25 
Sen
2021
19:42
267
24
4941
Virtual karabakh

Bakıda avtoxuliqanlığa görə saxlanılan şəxs əvvəl at oğurluğuna görə tutulub - FOTO

25 Sen, 2021
19:42
4941

Bakıda avtoxuliqanlığa görə saxlanılan şəxs əvvəl at oğurluğuna görə tutulub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda icarəyə götürdüyü avtomobillə xuliqanlıq edən sürücü barəsində daha əvvəl iki cinayət işi də açılıb.

Hüquq mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, KİA markalı nəqliyyat vasitəsi ilə Nəsimi rayonu ərazisində yol polisinin “Saxla!” əmrinə tabe olmayan Sadiq Hüseynov 4 il əvvəl (2017-ci ildə) Şabran rayonunda at oğurluğuna görə saxlanılıb.

Dörd il keçəndən sonra isə S.Hüseynov at oğurluğuna görə onu saxlayan, vəzifəsindən azad edilən sabiq polis əməkdaşına hücum çəkdiyi üçün barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi açılıb.

Hazırda isə o, paytaxtda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, avtoxuliqanlıq etdiyi üçün saxlanılıb.

Barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri