28 
Sen
2021
12:30
74
19
1376
Virtual karabakh

Xaçmazda tanışını bıçaqlayan şəxsə cinayət işi açıldı

28 Sen, 2021
12:30
1376

Xaçmazda tanışını bıçaqlayan şəxsə cinayət işi açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 25-də rayon sakini Teymur Mustafayevin bıçaq xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Neman Rəhmətullayev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı tanışı Teymur Mustafayevə bıçaqla 5 zərbə vurub xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Sentyabrın 26-da Neman Rəhmətullayev könüllü olaraq təslim olduqdan sonra şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri