Okt
2021
11:38
139
7
3052
Virtual karabakh

Baş Prokurorluqdan “Günay Bank”a xəbərdarlıq

5 Okt, 2021
11:38
3052

Baş Prokurorluqdan “Günay Bank”a xəbərdarlıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Günay Bank” ASC-nin 7 saylı filialının vəzifəli şəxsləri barəsində daxil olmuş məlumat əsasında cinayət işinin başlanması ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən 4 oktyabr 2021-ci il tarixdə ictimaiyyət məlumatlandırılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, bu gün, “Günay Bank” ASC tərəfindən bir sıra kütləvi informasiya vasitələrinə açıqlama verilərək, iş üzrə təqsirləndirilən şəxs Rauf Hüseynovun guya bir müddətdir ki, tutduğu vəzifədən azad olunduğu, onun qeyd edilən bankda işlədiyi müddətdə hər hansı qeyri-qanuni əməlinin öz təsdiqini tapmadığı, ümumiyyətlə, R.Hüseynovla bağlı yayılan məlumatların “Günay Bank”la heç bir əlaqəsinin olmadığı bildirilib.

Baş Prokurorluq qeyd edilən məlumatı təkzib edərək bildirir ki, Rauf Hüseynov “Günay Bank” ASC-nin 7 saylı filialının müdir müavini vəzifəsində 20 fevral 2018-ci il tarixdən - 29 sentyabr 2021-ci il tarixədək işləyib.

Qanunsuz əməllərlə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 15 sentyabr 2021-ci il tarixdə R.Hüseynovun çalışdığı bankdakı xidməti otağına baxış keçirilib, aşkar edilən cinayət faktları ilə bağlı 16 sentyabr 2021-ci il tarixdə cinayət işi başlanıb və yalnız bundan sonra, yəni 29.09.2021-ci il tarixdə R.Hüseynov tutduğu vəzifədən azad olunub.

Baş Prokurorluq bir daha hər kəsi ictimaiyyətdə çaşqınlıq yarada biləcək bu növ təhrif olunan məlumatları yaymaqdan çəkinməyə çağırır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri