Okt
2021
18:47
82
638
18701
Virtual karabakh

Bakıda 15 yaşlı oğlan atasını öldürdü - RƏSMİ

5 Okt, 2021
18:47
18701

Bakıda 15 yaşlı oğlan atasını öldürdü - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 3-ü saat 19 radələrində 1984-cü il təvəllüdlü Vüqar Eyyubovun yaşadığı evdə xəsarət alması nəticəsində ölməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Oxu.Az-a prokurorluqdan məlumat verilib.

Bildirilib ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, narkotik vasitə aludəçisi olan Vüqar Eyyubov yaşadığı fərdi yaşayış evinin həyətində ailə üzvlərinə narkotik vasitə tapmalarını tələb etməsi səbəbindən ailə münaqişəsi zəmnində aralarında baş vermiş mübahisə zamanı fiziki zor tətbiq edib.

O, 2006-cı il təvəllüdlü oğlu Aydın Eyyubovu yerə yıxaraq boğazına şüşə parçası dirəyib, pul tapmayacağı təqdirdə onları öldürəcəyi ilə hədələyərkən sonuncu daş parçası ilə Vüqar Eyyubovun başına bir neçə dəfə zərbə vuraraq zəruri müdafiə həddini aşaraq atasını öldürüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aydın Eyyubova Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri